
9.10.2025-cü il tarixində 2025-2026 tədris-ilinin ilk mövzusu olan “Ortaq Ənənəvi Oyunlar və Azərbaycan Türkcəsi Öyrənilməsi” toplantımızın əziz məşqçiləri, hörmətli Ayşə Gümüş xanıma və Dr. Şahla İbişova xanıma layihəmizə verdikləri əmək, məlumat və təcrübə paylaşımları üçün dərin təşəkkürümüzü bildiririk.
Toplantıda da qeyd edildiyi kimi, Azərbaycan Türkiyə Konsulluğunun Ankara nümayəndəliyinə bağlı olaraq yaradılan Azərbaycan Mədəniyyət Mərkəzi ilə Gazi Universitetinin əməkdaşlığı çərçivəsində açılmış Azərbaycan Türkcəsi bölməsi yalnız formal tədris şəraitində, fərqli səviyyələrə uyğun üz-üzə kurslar təşkil edir, onlayn kurs yoxdur. Layihəmizə xüsusi olaraq müəllimlərimiz üçün təşkil olunacaq bu kursun həyata keçirilməsi tələbinə müsbət cavab verən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri, hörmətli Samir Abbasov bəyi və mərkəzin müəllim heyətindən olan hörmətli Dr. Şahla İbişova xanımı layihəmizlə etdikləri bu anlamlı əməkdaşlığa görə təşəkkür edirik.
Layihəmizə xüsusi açılacaq bu Azərbaycan Türkcəsi öyrənmə kursu mərkəzin rəsmi kursu olacaqdır. Buna görə də kurs başlamazdan əvvəl sizinlə paylaşacağımız Google formundakı məlumatlara əsasən Azərbaycan Mədəniyyət Mərkəzi planlama aparacaq. Ona görə Azərbaycan Türkcəsini öyrənmək istəyən bütün müəllimlərimizlə bu formanı paylaşaraq kursumuza dəvət edə bilərsiniz. İki dövlət olmağımıza baxmayaraq, yaxşı ki, tək millətik 🇹🇷💞🇦🇿
Link: https://forms.gle/WaAkK5mSC7dSoWzR6