Süni İntellekt və Canva

Milli Dəyərlər və Qlobal Vətəndaşlıq adlı sosial məsuliyyət layihəsində Süni İntellekt və Canva mövzusunda son təlim görüşü keçirilib. Təlim 18 iyun 2025-ci il tarixində Zoom vasitəsilə keçirilmişdir. Canva mövzusunda təlimi Türkiyəli Nurullah Akbulut verib. Nurullah müəllimimiz Canvanın rəngləmə, tərcümə və s kimi xüsusiyyətlərini izah etdi. Azərbaycandan
Orxan Abdullayev müəllim promptların istifadəsi, düzgün promptun əhəmiyyəti, süni intellekt alətlərindən nümunələr və s. haqqında məlumat verdi. Layihənin qurucuları Zübeyde və Aynur müəllimlərə, qonaqlara, tamaşaçılara təşəkkürümüzü bildiririk.